Официальный дистрибьютор "Sony Professional Solutions", "Canon Broadcast", "ARRI Lighting", "Genelec"

PRODUCTION – TEXNİKİ AVADANLIQ

SƏSYAZMA STUDİYASININ TEXNİKİ GÜCÜ

Səsyazma Studiyasının Texniki  Gücü. Studiyanın texniki təchizatı dünya standartlarına uyğun oldugu üçun işimizin keyfiyyəti daim ən yüksək səviyyədədir. Səsin peşəkar yazılmasının əsası Amerikanın AVID şirkətinin istehsal etdiyi ProTools HD sistemi sayəsindədir. Materialın yazılması və bütövləşdirilməsi üçün SSL-dən (SolidStateLogis UK) istifadə olunur. Sistemin davamlı işləməsi üçün lisenziyalı dinamik işlənməli plaginlər istifadə olunur. Dəstə Waves , IK MultiMedia , Soundtoys , Antares Pro , Meldaproduction , Melodyne , Native Instruments , Izotope , TC Electronics, SSL, Aphex və s. plaginləri daxildir.  HD 24 bit / 96 Sample rate + Direkt monitor + Pro tools program və SSL / Neumann-dən təşkil olan səs, dünya standartlarına uyğundur. Səsin yazılması üçün Almaniyanın NEUMANN , Beyerdynamic , Sennheiser və Shure  şirkətlərinin istehsal etdiyi mikrofonlar istifadə olunur.  Səsin miksinqi, masterinqi üçün Tegeler audio, SSL Drawmer markasının cihazlarından istifadə olunur.

Audio materiallara ümumi nəzarət və onların saxlanılması yeni Mac pro 3.5 GHz 6-Core Intel Xeon E5 /32GB RAM peşəkar kompüterində yerinə yetirilir.

Studiyada videomateriallara SONY 32 ”video displeyində baxmaq imkanı var. Yuxarıda qeyd edilən texniki potensial musiqinin yazılması, reklamın səsləndirilməsi və adaptasiyası, filmlər üçün soundtreklərin yaradılması və s. üçün istifadə edilə bilər. Drum Pakanal və qrup şəklində səsyazma, gitara və bass üçün DI box – kabinet və ayrıca Fender, Musicman , Yamaha , Vintag və s. gitaralar və basslar təqdim edilir.